|
Təşkilatın adı |
Asiya İnkişaf Bankı (ADB) |
|
Təşkilata dair ümumi məlumat |
· Asiya İnkişaf Bankı (AİB) 1966-cı ildə yaradılmışdır. Baş ofisi Filippinin Manila şəhərində yerləşir. Yaponiya Bankın ən iri səhmdarı olduğu üçün Bankın prezidenti daima Yaponiya təmsilçisi olur; · 2025-ci ilin fevral ayından etibarən təşkilata Masato Kanda rəhbərlik edir; · Asiya İnkişaf Bankını maliyyələşdirən 68 üzv ölkə vardır ki, bunlardan 49-u Asiya və Sakit Okeanı regionunda yerləşir. |
|
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· Azərbaycan AİB-ə 29 oktyabr 1999-cu il tarixində üzv olmuş və təşkilatın ölkəmizdəki nümayəndəliyi 2004-cü ilin noyabr ayından etibarən fəaliyyət göstərir; · Sunniya Durrani-Camal Bankın Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəridir; · Hazırda, AİB tərəfindən 10 texniki yardım layihəsi həyata keçirilir;
- İqtisadi Diversifikasiya Sektorunun İnkişafı Proqramının Müasirləşdirilməsi üzrə Peşə Təhsili və Təlimin Hazırlanması; - Dövlət sektorunda idarəetmə islahatına dəstək; - Dəmiryolu Tranziti Əməliyyatlarına və İnvestisiya Planlaşdırılmasına Dəstək; - Azərbaycan Dövlət - Özəl Tərəfdaşlığının İnkişafı Mərkəzi və Layihələrin İnkişafı Fondunun dəstəklənməsi; - COP29-la bağlı bacarıqların inkişafı; - Dəmir yolu sektorunun rəqəmsallaşdırılması üçün bacarıqların artırılması; - “Bakı Yaşıl Dəhliz Təhlilinin Dəstəklənməsi” kiçikmiqyaslı texniki yardım layihəsi; - “Azərbaycan Dəmir Yolları” QSC-nin Dekarbonizasiya Layihəsinin Hazırlanması; - İstilik təchizatı sektorunun dekarbonizasiyası və bərpa olunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi; - Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsinə Dəstək. AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində 11 regional texniki yardım layihəsi həyata keçirilir. |