Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) 1965-ci ildə BMT-nin Texniki Yardım üzrə Genişlənmə Proqramı və BMT-nin Xüsusi Fondunun birləşməsi əsasında yaradılmışdır. Baş Ofisi Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşir. Rəhbəri 19 iyun 2017-ci ildən etibarən Axim Ştaynerdir. UNDP dünyanın 177 ölkəsində fəaliyyət göstərir.
UNDP 1992-ci ildən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir və BMT-yə üzvlükdən sonra ölkədə fəaliyyətə başlayan ilk BMT qurumudur.
Hazırda UNDP-nin ölkəmizdə əsas fəaliyyəti dayanıqlı iqtisadi inkişaf və layiqli məşğulluq, insan kapitalının gücləndirilməsi, ətraf mühit üzrə idarəçilik, habelə təbii fəlakətlər və fövqəladə hallara qarşı dayanıqlılıq sahələrini əhatə edir. Qeyd olunan sahələrdə təşkilat tərəfindən hazırda 16 layihə icra olunur.
UNDP tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:
1 |
Azərbaycanda İnnovasiya və Məşğulluğun inkişafı |
Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Müddəti: 2019-2024 (USAID), (UNDP) |
2 |
Əhalinin Sosial Cəhətdən Həssas Qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması |
Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Müddəti: 2019-2024 (UNDP), (Azərbaycan Hökuməti) |
3 |
“EU4Climate” regional layihəsi |
Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Müddəti: 2019-2024 (Aİ) |
4 |
Milli Adaptasiya Planı çərçivəsində Azərbaycanda adaptasiyanın planlaşdırılması və həyata keçirilməsinə yardım |
Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Müddəti: 2020-2024 (Yaşıl İqlim Fondu) |
5 |
Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi |
Benefisiar: Elm və Təhsil Nazirliyi Müddəti: 2020-2024 (Aİ) |
6 |
Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək (gender əsaslı zorakılıq komponenti) |
Benefisiar: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Müddəti: 2020-2024 (USAID) |
7 |
Azərbaycanda minatəmizləmə potensialının gücləndirilməsi və genişləndirilməsinə dəstək layihəsi |
Benefisiar: ANAMA Müddəti: 2018-2023 (Azərbaycan Hökuməti), (UNDP) |
8 |
Akkselerator Laboratoriyası |
Benefisiar: UNDP Müddəti: 2019-2023 (Qatar Fondu), (Almaniya Hökuməti) |
9 |
Neftdən kənar Azərbaycan üçün davamlı, inteqrasiya olunmuş və gender əsaslı maliyyə çərçivəsi texniki dəstək layihəsi |
Benefisiar: İqtisadiyyat Nazirliyi Müddəti: 2020-2023 (Birgə DİM Fondu) |
10 |
Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı |
Benefisiar: Azərbaycan Hökuməti Müddəti: 2020-2023 (Aİ) |
11 |
Bölgələrdə davamlı turizmin inkişafına dəstək |
Benefisiar: Dövlət Turizm Agentliyi Müddəti: 2021-2023 Azərbaycan Hökuməti |
12 |
“EU4Mayors” regional layihəsi |
Benefisiar: Azərbaycan Hökuməti Müddəti: 2021-2024 (Aİ) |
13 |
Azərbaycanda daha çox iqtisadi və sosial iştirak yolunda maneələri aradan qaldırmaq üçün həssas, münaqişəyə məruz qalmış qadınlar üçün bərabər imkanların yaradılması və gücləndirilməsi (ECEO) |
Benefisiar: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Müddəti: 2021-2024 (Britaniya Səfirliyi) |
14 |
Enerji effektivliyi üzrə Gəncə və Bərdə şəhərlərində tədqiqat |
Benefisiar: Azərbaycan Hökuməti Müddəti: 2021-2024 (Yaponiya Hökuməti) |
15 |
Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi |
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi Müddəti: 2021-2024 (Aİ) |
16 |
Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın tətbiqi |
Benefisiar: Azərbaycan Hökuməti Müddəti: 2022-2023 (UNDP) |