Təşkilatın adı |
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) |
Təşkilata dair ümumi məlumat |
· Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 1946-cı ildə yaradılmışdır; · Məqsədi ölkədə yaşayan uşaqların, xüsusilə qaçqın və məcburi köçkün uşaqların həyatının yaxşılaşdırılması və hüquqlarının müdafiəsidir; · Baş ofisi Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində yerləşir. İcraçı direktoru 2022-ci ilin 1 fevral tarixindən Ketrin Rasseldir; · UNICEF dünyanın 190 ölkəsində fəaliyyət göstərir; · Əsas fəaliyyət sahələri uşaqların müdafiəsi, əlillik, məktəbəqədər təhsil, səhiyyə və qidalandırma, gənclərin iştirakı və sağlamlığı, monitorinq və qiymətləndirmədir. |
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· UNICEF Azərbaycanda fəaliyyətinə 1993-cü ildə başlamışdır. · Azərbaycan üzrə Nümayəndə 2024-cü ilin 31 yanvar tarixindən etibarən Saca Faruq Abdulladır. · Ölkəmizdə fəaliyyətə başladığı ilk illərdən UNICEF Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarından didərgin düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünlərə yardım etmək üçün və həmin tarixdən etibarən Azərbaycanda yaşayan uşaqların həyatını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan hökuməti, yerli QHT-lər və icma təşkilatları ilə tərəfdaşlıq edir. · 2007-ci ildən etibarən təşkilat ana və uşaqlara birdəfəlik yardım göstərmək əvəzinə uşaqların qayğı və müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində çalışır. · Bundan başqa UNICEF əlilliyi olan şəxslərin hüquqları, erkən nikahlar, ana südü ilə qidalandırma və HİV/QİÇS kimi problemlərin həlli istiqamətində çalışır. · Təşkilat Azərbaycanda fəaliyyətini “Ölkə Əməkdaşlıq” Proqramının 2021-2025-ci illər üçün Dövri Fəaliyyət Planına əsasən həyata keçirir. |