BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

 

Təşkilatın adı

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)

Təşkilata dair ümumi məlumat

· BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı1945-ci ildə yaradılmışdır;

  • Baş Ofisi İtaliyanın Roma şəhərində yerləşir;

· Rəhbəri 23 iyun 2019-cu il tarixindən Qu Dongyudur;

· Əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış qurumudur;

· 191 ölkədə fəaliyyət göstərir və 130-dan çox ölkədə nümayəndəliyə malikdir.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

· Azərbaycan 20 oktyabr 1995-ci il tarixindən FAO-nun üzvüdür;

· Azərbaycanda FAO-nun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir;

· Əlaqələndirmə ofisinin səlahiyyətlərini 2015-ci ilin payızından etibarən Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisi həyata keçirir;

· FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Muhammad Nasar Hayatdır;

· FAO təşkilatına üzv olduğu müddətdə Azərbaycan Hökuməti kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə müxtəlif inkişaf və fövqəladə hallara hazırlıq layihələrinin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çətinliklərin müsbət həlli üçün FAO-dan dəstək almışdır;

· Hazırda FAO tərəfindən Azərbaycanda regional layihələr də daxil olmaqla ümumilikdə 10 layihə həyata keçirilir.

  • Cari layihələr:

- Aqrar Xidmətlər Agentliyinin nəzdində Toxumçuluq və AqroKimya Laboratoriyasının və Sertifikatlaşdırma Xidmətinin Təkmilləşdirilməsi;

- FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı üçün Təbliğat Fəaliyyətləri və Layihəyə Hazırlıq;

- Mərkəzi Asiya ölkələri, Türkiyə və Azərbaycanda pestisidlər və onların istifadəsinin idarə edilməsi;

- Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: Qabaqcıl nəzarət və idarəetmə vasitəsilə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin möhkəmləndirilməsi;

- Ətraf mühitin inkişafı və davamlılıq üçün meşələrin bərpasının təkmilləşdirilməsi;

- Azərbaycanda torpaq deqradasiyasının neytrallaşdırılmasına doğru;

- Rəqəmsal Aqri-sensus 2025 ilə bağlı hazırlıq və icra üzrə bacarıqların artırılması;

- Düzgün qidalanma və təhlükəsiz qida üçün qida istehlakı üzrə bacarıqların artırılması;

- Mərkəzi Asiya ölkələri, Türkiyə və Azərbaycanda Biomüxtəlifliyin və davamlı meşə təsərrüfatının təkmilləşdirilməsi;

- Fermer təsərrüfatı davamlılığı ölçmə sisteminin hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinə texniki dəstək.