|
Təşkilatın adı |
İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi |
|
Təşkilata dair ümumi məlumat |
· İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) 1960-cı ildə Texniki Əməkdaşlıq Xidməti adı altında yaradılmış və 1996-cı ildən etibarən hazırkı adı ilə fəaliyyət göstərir; · Təşkilat İsveçrə Konfederasiyasının Xarici İşlər üzrə Federal Departamentinin strukturunda fəaliyyət göstərir və əsas məqsədi tərəfdaş ölkələrdə yoxsulluğun azaldılması istiqamətində humanitar, texniki və maliyyə yardımı göstərməkdir; · Təşkilatda hazırda Baş direktor vəzifəsini 1 may 2020-ci il tarixindən Patrisia Danzi tutur; · İsveçrə Hökuməti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda bu günə kimi 16 layihənin icrası başa çatmışdır. · Təşkilatın əsas fəaliyyət istiqamətləri Dayanıqlı İnkişaf Məqsədlərinə və yoxsulluğun azaldılmasına nail olunması, insan həyatının təhlükəsizliyinin təşviq edilməsi və risklərin azaldılması və inkişafa dəstək verilməsidir. |
|
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· SDC-nin Azərbaycan Respublikasında fəaliyyəti 1990-cı illərin əvvəllərində humanitar yardım formasında olmuşdur; · Təşkilatın Cənubi Qafqaz üzrə regional ofisi 1996-cı ildə Gürcüstanda açılmış, 2002-ci ildən sözügedən Ofisin Bakı bölməsi fəaliyyətə başlamışdır; · Əsas fəaliyyət istiqaməti yoxsulluğun azaldılması və müharibədən əziyyət çəkmiş qaçqın və məcburi köçkünlər arasında məşğulluğun artırılması və layiqli həyat şəraitinin təmin olunmasıdır. |