İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) 1992-ci ildə təsis olunmuşdur. Baş ofisi İsveçrənin Bern şəhərində yerləşir. Direktoru 2011-ci ilin 1 aprel tarixindən Mari-Qabriel İneyşen-Fleyşdir.
SECO-nun vəzifəsi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin, həmçinin Avropa İttifaqına yeni üzv qəbul olunmuş ölkələrin iqtisadiyyat və ticarət meyarlarını planlaşdırmaq və həyata keçirməkdir. SECO 24 ölkədə fəaliyyət göstərir.
SECO ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri 1990-cı illərin ortalarından yaranmışdır. Texniki və maliyyə əməkdaşlığı üzrə ikitərəfli layihələr 1998-ci ildən başlayaraq həyata keçirilməkdədir. SECO-nun Azərbaycan üzrə proqramı əsasən infrastruktur, özəl sektorun inkişafı, siyasi məsləhət və potensialın artırılması sahələrini əhatə edir.
Ümumilikdə, İsveçrə Hökuməti tərəfindən Azərbaycana 117 milyon ABŞ dollarına yaxın dəyərdə qrant və texniki yardım ayrılıb. Regional layihələr də daxil olmaqla Azərbaycanda bu günə kimi 90 layihənin icrası başa çatmışdır. Hazırda SECO-nun maliyyəsi hesabına 6 layihənin icrası davam edir.
SECO tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:
1 |
Maliyyə sektorunun müasirləşdirilməsi proqramı 2 |
Benefisiar: Mərkəzi Bank Müddəti: 2016-2023 |
2 |
Qlobal Vergi Fondu |
Benefisiar: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Müddəti: 2020-2024 |
3 |
Hökumət borcları və risklərin idarəedilməsi proqramı 2 |
Benefisiar: Maliyyə Nazirliyi Müddəti: 2017-2023 |
4 |
Mərkəzi Banklar üçün ikitərəfli yardım və potensialın gücləndirilməsi |
Benefisiar: Mərkəzi Bank Müddəti: 2018-2023 |
5 |
Borcların idarəedilməsi və maliyyə təhlilləri sistemi |
Benefisiar: Maliyyə Nazirliyi Müddəti: 2019-2023 |
6 |
Orta müddətli xərclər çərçivəsi üzrə potensialın gücləndirilməsi
|
Benefisiarlar: Milli Məclis, Maliyyə və İqtisadiyyat nazirlikləri, Hesablama Palatası Müddəti: 2021-2025 |