Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi

Təşkilatın adı

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi

Təşkilata dair ümumi məlumat

· Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) 1992-ci ildə Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində xarici yardımların göstərilməsi məqsədilə yaradılmışdır.

· 15.07.2018-ci il tarixindən etibarən Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinə bağlı olaraq fəaliyyət göstərir.

· 11.07.2025-ci il tarixindən Abdullah Eren təşkilata rəhbərlik edir.

· TİKA-nın dünyanın 61 ölkəsində 63 Proqram Koordinasiya Ofisi fəaliyyət göstərir.

· Eyni zamanda, dünyanın 170-dən çox yaxın ölkəsində aidiyyəti sahələr üzrə əməkdaşlıq edilir.

Azərbaycan ilə əməkdaşlıq barədə ümumi məlumat

· Təşkilatın Bakı Proqram Koordinasiya Ofisi 1994-cü ildən etibarən fəaliyyət göstərir;

· Ofisə 01.07.2026-cı il tarixindən Mahmut Ağırman rəhbərlik edir.

· TİKA tərəfindən 1992-2025-ci illər ərzində Azərbaycanda 1748 layihə və fəaliyyətlər icra olunmuşdur. 2026-cı ilin əvvəlindən indiyədək 26 layihənin icrası tamamlanmış, 24 layihə və fəaliyyətin icrası isə davam etdirilməkdədir.

· Layihələr birdəfəlik əsasda orta və kiçik həcmli yardımlar formasında həyata keçirilir və kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, texniki, sosial, mədəni və səhiyyə sahələri üzrə fəaliyyətlərdə Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına xüsusi əhəmiyyət verilir.