Təşkilatın adı |
BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) |
Təşkilata dair ümumi məlumat |
· Qərargahı Avstriyanın Vyana şəhərində yerləşir.
· Üzv dövlətlər BMT-nin Baş Assambleyası tərəfindən 6 il müddətinə seçilir, üzvlərin yarısının səlahiyyət müddəti hər 3 ildən bir başa çatır. · Təşkilatın iş qaydası: 3 səviyyədə təşkil olunmuşdur o 1-ci səviyyədə illik plenar iclasları keçirən Komissiyanın özü; o 2-ci səviyyədə UNCITRAL-ın iş proqramının mövzularını hazırlayan hökumətlərarası işçi qruplar; o 3-cü səviyyədə Komissiya və işçi qrupların fəaliyyətinə kömək edən Katiblik. |
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· Hal-hazırda Azərbaycan müşahidəçi statusuna malikdir. Müşahidəçi ölkə sənədlərin mətninin razılaşdırılmasında iştirak edir, bununla belə qərarın qəbul edilməsinə etiraz edə bilməzlər; · İqtisadiyyat Nazirliyinin, eləcə də Nazirliyin tabeliyində qurumların əməkdaşları tərəfindən UNCITRAL-ın müvafiq İşçi Qruplarının iclaslarında iştirak təmin edilir. |