Təşkilatın adı |
BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) |
Təşkilata dair ümumi məlumat |
· Yaranma tarixi: 1947-ci il. · Mənzil-qərargahı Cenevrədə yerləşir. · Üzvlərin sayı: 56 üzv · İcraçı katib: Tatyana Molçan (Moldova, 2023-cü ilin sentyabr ayından etibarən) · Fəaliyyət sahələri: iqlim dəyişikliyi və ətraf mühit, nəqliyyat, gender bərabərliyi, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) koordinasiyası, 2030 Dayanıqlı İnkişaf məqsədləri. |
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· Ölkəmiz 30 iyul 1993-cü il tarixindən təşkilatın üzvüdür; · UNECE rəhbərlərinin ölkəmizə səfərləri: o 23.11.2011 – Yan Kubiş; o 1-2.12.2013 – Sven Alkalac; o 22-23.11.2016 – Kristian Friz-Bax; o 29-30.11.2018 – Olqa Alqayerova; o 23-24.11.2023 - Tatyana Molçan. · 23 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə UNECE-nin İcraçı Katibi Yan Kubiş arasında görüş keçirilmişdir. Görüşdə əsasən elektron xidmət məsələləri üzrə müzakirələr aparılmışdır; · 1-2 dekabr 2013-cü il tarixlərində UNECE İcraçı Katibi Sven Alkalac Bakıya səfər etmişdir. Səfərin əsas mövzuları Azərbaycan və UNECE arasında ikitərəfli əməkdaşlığın perspektivləri və informasiya və kommunikasiya texnologiyaları sahəsi olmuşdur; · Kristian Fris Bax 2016-cı ilin noyabr ayında SPECA İqtisadi Forumu və İdarəetmə Şurasının 11-ci iclası çərçivəsində ölkəmizə səfəri baş tutmuşdur; · UNECE-nin İcraçı Katibi xanım Olqa Alqayerova 2018-ci ilin 29-30 noyabr tarixlərində Azərbaycana səfər etmişdir. o Səfər zamanı o, Azərbaycan Respublikasında yüksək səviyyəli görüşlər keçirmiş, gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə isə təşkilat ilə fəal əməkdaşlıq edən bir sıra dövlət qurumlarının rəhbər səviyyəli nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. o Səfər çərçivəsində həmçinin, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə Azərbaycan Respublikası ilə UNECE arasında Birgə Bəyanat imzalanmışdır. o Sözügedən sənəd Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq məqsədilə ticarətin asanlaşdırılması və insan bacarıqlarının artırılması, bərpa olunan enerji və enerji səmərəliyi, investisiya, texnologiya və innovasiya, yaşıl iqtisadiyyat, yaşıl texnologiyaların tətbiqi, ətraf mühitin monitorinqi sistemi, su resurslarının qorunması, havanın çirkləndirilməsi və ətraf mühitin deqradasiyası problemlərinin həlli, meşələr, kənd təsərrüfatında keyfiyyət standartları kimi sahələrdə əməkdaşlığın təşviqini nəzərdə tutur. · 2012-ci ildə Azərbaycan nümayəndəsi UNECE-nin Ticarət üzrə Komitəsinin sədr müavini seçilmişdir; · İqtisadiyyat Nazirliyinin, eləcə də Nazirliyin tabeliyində qurumların əməkdaşları tərəfindən UNECE-nin müxtəlif tədbirlərində və iclaslarında iştirak təmin edilir; · 2023-cü ilin 18-19 aprel tarixlərində Cenevrə şəhərində keçirilmiş UNECE-nin 70-ci sessiyasında İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak etmiş, tədbir zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işləri ilə bağlı məlumatlar səsləndirilmişdir. |