Təşkilatın adı |
BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) |
Təşkilata dair ümumi məlumat |
|
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· Təşkilatla əməkdaşlıq çərçivəsində aşağıdakı sənədlər imzalanmışdır: o Sənaye inkişafı sahəsində əməkdaşlıq haqqında Memorandumu (2000); o 2005-2010-cu illər üzrə Əməkdaşlıq haqqında Çərçivə Proqramı (2005); o Əməkdaşlığa dair 2014-2018-ci illər üçün Çərçivə Proqramı (2014). o 2022-2026-cı illər üçün Əməkdaşlıq Çərçivəsi (2022). · 17-18 aprel 2012-ci il tarixlərində Azərbaycanda UNİDO təşkilatçılığı ilə sənaye parkları üzrə regional konfransı keçirilmişdir. · 26-27 noyabr 2014-cü ilin tarixlərində Bakıda sənaye ili çərçivəsində görüləcək işlərin ümumi yekunu olaraq, “XXI əsrdə sənaye siyasətinin əsas trendləri, müasir yanaşma və təcrübələr” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. · 29 noyabr-3 dekabr 2021-ci il tarixlərində virtual formatda UNİDO-nun 19-cu sessiyası keçirilmişdir. Tədbirdə İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak etmişdir. · Yeni Əməkdaşlıq Çərçivə sənədinin imzalanması məqsədilə 14 noyabr 2022-ci il tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə UNİDO-nun Baş direktoru Gerd Müller arasında virtual görüş keçirilmişdir. · 18 yanvar 2023-cü il tarixində ölkəmizin Avstriyadakı Səfirliyi ilə UNİDO arasında Azərbaycan Respublikası Hökumətinin UNİDO ilə əməkdaşlıq mövzusunda görüş keçirilmişdir. · 20-21 mart 2023-cü ilin tarixlərində keçirilən UNİDO-nun Çoxtərəfli Sənaye Siyasəti Forumunda İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti iştirak etmişdir. · 2 avqust 2023-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (BMTSİT) arasında 2022 – 2026-cı illər üzrə Əməkdaşlıq Çərçivəsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. · 14 mart 2024-ci il tarixində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və UNİDO-nun baş direktorunun müavini Fatou Haidara arasında Azərbaycan Respublikası Hökuməti ilə UNİDO arasında əməkdaşlıq mövzusunda görüş keçirilmişdir. · 16 noyabr 2024-cü il tarixində COP 29 çərçivəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə UNİDO-nun Baş Direktorunun müavini Cyonq Zou arasında görüş keçirilmişdir. |