|
Təşkilatın adı |
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) |
|
Təşkilata dair ümumi məlumat |
· 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılmışdır.
|
|
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· İƏT-in 9-cu və 12-ci Zirvə Toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda keçirilmiş, Bakı Bəyannamələri qəbul edilmişdir. · 2014-cü ilin oktyabrın 1-də İƏT üzv ölkələrinin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu və "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 2-ci Beynəlxalq Konfrans baş tutmuşdur. · 1 mart 2017-ci il tarixində Pakistan İslam Respublikasının İslamabad şəhərində İƏT-in 13-cü Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyətinin tərkibində iqtisadiyyat naziri iştirak etmişdir. · 14-16 yanvar 2020-ci il tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının 30-cu iclasında İqtisadiyyat Nazirliyi tərəfindən iştirak təmin edilmişdir. · 4 mart 2021-ci il tarixində virtual formatda İƏT-in 14-cü Zirvə Toplantısı keçirilmişdir. Qeyd olunan iclas çərçivəsində İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral tərəfindən müvafiq olaraq Azərbaycan və Türkiyə adından imzalanmışdır. · 26 may 2021-ci il tarixində İƏT-in virtual formatda təşkil edilən iqtisadiyyat/maliyyə nazirlərinin 5-ci iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov və nazir müavini Rövşən Nəcəf iştirak etmişdir. · 28 noyabr 2021-ci il tarixində Türkmənistanın Aşqabad şəhərində keçirilən İƏT-in 15-ci Zirvə Toplantısında Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində iqtisadiyyat naziri iştirak etmişdir. · 16-20 yanvar 2023-cü il tarixində virtual formatda keçirilən İƏT-in Regional Planlaşdırma Şurasının 33-cü iclasında İqtisadiyyat Nazirliyi təmsil olunmuşdur. · 28 may 2024-cü il tarixində virtual formada keçirilmiş İƏT-in Əmtəə Birjaları Rəhbərlərinin 1-ci iclasında İqtisadiyyat Nazirliyi təmsil olunmuşdur. · 5 iyun 2024-cü il tarixində keçirilmiş İƏT-in İqtisadi Tədqiqatlar üzrə Daimi İdarəetmə Komitəsinin (EPSCER) 7-ci iclasında İqtisadiyyat Nazirliyi təmsil olunmuşdur. · 24-27 fevral 2025-ci il tarixlərində Tehran şəhərində İƏT-in Regional Planlaşdırma Şurasının 35-ci iclasında İqtisadiyyat Nazirliyi təmsil olunmuşdur. · 14 mart 2025-ci il tarixində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və İƏT-in Baş katibi arasında görüş keçirilmişdir, İƏT-in 17-ci Zirvə görüşü müzakirə edilmişdir. · 1 iyul 2025-ci il tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edilmişdir. · 3-4 iyul 2025-ci il tarixlərində Xankəndi şəhərində İƏT 17-ci Zirvə görüşü keçirilmişdir. · 24-26 noyabr 2025-ci il tarixlərində İstanbulda İƏT-in kommersiya və xarici ticarət nazirlərinin 5-ci iclasının keçirilməsi planlaşdırılır. |