Türk Dövlətləri Təşkilatı

Təşkilatın adı

Türk Dövlətləri Təşkilatı (TDT)

Təşkilata dair ümumi məlumat

·         Yaranma tarixi: 3 oktyabr 2009-cu il.

·         Üzv dövlətlər: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan

·         Müşahidəçi üzvlər: Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası).

·         12 noyabr 2021-ci il tarixində TDT-nin 8-ci Zirvə Görüşü çərçivəsində təşkilatının adı TDƏŞ-dən TDT-yə dəyişdirilmişdir.

·         Məqsədi: eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi, ticarət və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk birliyinin yaradılması.

·         Fəaliyyət sahələri: siyasət, turizm, iqtisadiyyat, ticarət, gömrük, nəqliyyat, təhsil, gənclər və idman, kənd təsərrüfatı, ədliyyə, miqrasiya, informasiya və media və s.

·         Strukturu:

1.    Dövlət Başçıları Şurası,

2.    Xarici İşlər Nazirləri Şurası,

3.    Ağsaqqallar Şurası,

4.    Yüksək Vəzifəli Şəxslər Komitəsi,

5.    Katiblik.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

·         İqtisadiyyat nazirlərinin görüşləri və işçi qrupları:

·         Hər il mütəmadi olaraq TDT-nin iqtisadiyyat üzrə İşçi Qrupunun iclası və üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçirilir. İclaslarda üzv ölkələr arasında iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafı yolları barədə təkliflərin və üzv ölkələrin iqtisadi sahədə üzləşdiyi problemlərin müzakirəsi aparılır. 2012, 2016 və 2021-ci il tarixli iclaslar Azərbaycanda keçirilmişdir.

·         Zirvə Görüşlərində iştirak:

·         İlk Zirvə görüşü Qazaxıstanda (20-21.10.2011), 3-cü və 7-ci görüşləri Azərbaycanda keçirilmişdir (15,16.08.2013, 15.10.2019). 10.04.2020 tarixində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirilmişdir.

·         8-ci Zirvə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsində əldə edilmiş tarixi qələbəyə görə Dövlət Başçıları Şurası tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilmişdir.

·         9-cu (sonuncu) Zirvə görüşü 11.11.2022 tarixində Səmərqənddə keçirilmiş və sədrlik Türkiyədən Özbəkistana ötürülmüşdür. Eyni zamanda Sammitdə Azərbaycan tərəfdən nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak etmişdir.

·         9-cu Zirvə görüşü zamanı 2023-cü il üçün Şamaxı şəhəri Türk Dünyasının Turizm paytaxtı və Şuşa şəhəri Türk Dünyasının Mədəniyyət paytaxtı seçilib.

·         İqtisadi əməkdaşlıq: İqtisadiyyat nazirlərinin görüşləri: 2-ci, 6-cı və 10-cu iclaslar Azərbaycanda (2012, 2016, 2021) keçirilmişdir.

06.05.2020-ci il tarixində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin sədrliyi ilə COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında iclası keçirilmişdir.

09-11.09.2021-ci il tarixlərində Bakı şəhərində TDT iqtisadiyyat nazirlərinin 10-cu iclası, iqtisadiyyat üzrə işçi qrupunun 12-ci iclası, Azərbaycanın Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş Biznes Forum keçirilmiş, tədbir iştirakçılarının işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri baş tutmuşdur.

09.11.2022-ci il tarixində Özbəkistan Respublikasının Səmərqənd şəhərində TDT-nin iqtisadiyyat nazirlərinin 11-ci iclası keçirilmişdir.

16.03.2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Ankarada TDT-nin növbədənkənar Zirvə Görüşü keçirilmişdir. Tədbir çərçivəsində Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş iqtisadiyyat naziri tərəfindən imzalanmışdır. Eyni zamanda tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş arasında görüş keçirilmişdir.

13-15.09.2023-cü il tarixlərində İstanbulda TDT iqtisadiyyat nazirlərinin 12-ci iclası, iqtisadiyyat üzrə işçi qrupunun 14-cü iclası və Dünya Türk İş Konqresinin 10-cu Qurultayı keçirilmişdir. Tədbirlərdə iqtisadiyyat nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

17-18.05.2024-cü il tarixlərində İstanbulda Türk İnvestisiya Fondunun Təsis İclası keçirilmişdir. Tədbirlərdə iqtisadiyyat nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

06.07.2024-cü il tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Görüş çərçivəsində Qarabağ Bəyannaməsi imzalanmışdır.