Fransa İnkişaf Agentliyi

Təşkilatın adı

Fransa İnkişaf Agentliyi (əvvəlki Azad Fransa üçün Mərkəzi Fond)

Təşkilata dair ümumi məlumat

  • Yaranma tarixi:1941-ci il (1998-ci ildə yenidən təşkil olunmuşdur)
  • Baş icraçı director:Christophe Lecourtier (May 2026)
  • Baş ofisi: Paris, Fransa

· 85 ofislə 5 qitədə fəaliyyət göstərir.

· FİA Fransanın dənizaşırı əraziləri də daxil olmaqla, 160-dan çox ölkədə 4 000-dən artıq layihənin icrasında iştirak edir.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

· 7 oktyabr 2011-ci il tarixində Azərbaycan ilə FİA arasında Anlaşma Memorandumu imzalanmışdır.

· Anlaşma Memorandumu çərçivəsində Agentlik tərəfindən şəhər infrastrukturunun, xüsusilə su təchizatı və tullantılarının idarə olunması, nəqliyyat, turizm və təmiz və bərpa olunan enerji sektorları ilə yanaşı kənd təsərrüfatı və aqrar sənaye kimi prioritet sahələrin dəstəklənməsi nəzərdə tutulmuşdur.

  • 3 layihə üzrədövlət zəmanətli kreditcəlb edilmiş və həmin layihələrin icrası başa çatmışdır.