|
Təşkilatın adı |
Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) |
|
Təşkilata dair ümumi məlumat |
· 5 regionda və 92 ölkəni əhatə etməklə yoxsulluq və aclığın dərin hiss edildiyi yerlərdə fəaliyyət göstərir. · Təsis edildiyi tarixdən etibarən Fond tərəfindən ayrılmış 26 mlrd. ABŞ dollarından çox kredit və qrantlarla 512 milyondan çox insanın həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verilmişdir. Bununla yanaşı, hazırda davam edən layihələrin portfeli 92 milyon nəfərdən çox insanı əhatə edir. · 2025-ci il üzrə İllik Hesabata əsasən, Fondun qlobal investisiya portfeli 2025-ci ildə 83 ölkədə həyata keçirilən 170-dən çox proqramı əhatə etməklə 8,46 milyard ABŞ dollarına çatmışdır. |
|
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· 11 aprel 1994-cü il tarixində Azərbaycanla IFAD arasında təşkilata qoşulma haqqında saziş imzalanmış, 1997-ci ildən etibarən Azərbaycan rəsmi olaraq təşkilatla əməkdaşlığa başlamışdır.
|