Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi

Təşkilatın adı

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi

Təşkilata dair ümumi məlumat

  • Yaranma tarixi:1974-cü il(2008-ci ildə yenidən təşkil olunmuşdur).
  • Prezident: Tanaka Akihiko
  • Baş ofisi: Tokio, Yaponiya

· YBƏA 96 xarici nümayəndəlik vasitəsilə təxminən 150 ölkə və regionda fəaliyyət göstərir.

· Əsasən inkişaf etməkdə olan ölkələrə texniki əməkdaşlıq, qrant yardımı və güzəştli kreditlər vasitəsilə iqtisadi və sosial inkişafın dəstəklənməsi istiqamətində fəaliyyət göstərir.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

· Azərbaycanla əməkdaşlığa 1996-cı il tarixindən başlanmışdır.

· Azərbaycanda əsasən enerji, nəqliyyat, su təchizatı və kanalizasiya, səhiyyə, təhsil, ətraf mühit və insan resurslarının inkişafı sahələrində texniki əməkdaşlıq, qrant yardımı və güzəştli kreditlər vasitəsilə dəstək göstərmişdir.

  • 4 layihə üzrədövlət zəmanətli kreditcəlb edilmiş və həmin layihələrin icrası başa çatmışdır.