İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi ilə görüşüb.
Nazir ölkəmizin Yaponiya ilə əlaqələrə önəm verdiyini, iqtisadi tərəfdaşlığın genişləndiyini qeyd edib, sənaye, enerji, o cümlədən bərpa olunan enerji, yeni texnologiyaların tətbiqi və s. sahələrdə əməkdaşlığın inkişafı üçün mövcud olan imkanları diqqətə çatdırıb.
Yaponiya xarici işlər nazirinin parlamentar müavini Yoşikava Yuumi videomüraciətində ölkələrimiz arasında əlaqələrdən danışıb, imzalanan Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində əhəmiyyətini vurğulayıb.
Səfir Vada Cüniçi 2022-ci ilin Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü olduğunu qeyd edib, Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb.
Tərəflər iqtisadi tərəfdaşlığın genişləndirilməsi yolları, xüsusilə ticarətin və investisiya qoyuluşlarının həcminin artırılması müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, işğaldan azad olunmuş ərazilərdə icra edilə biləcək potensial layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Tədbirdə Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb. Sənədi Azərbaycan tərəfdən İqtisadiyyat naziri Mikayıl Cabbarov, Yaponiya tərəfdən isə səfir Vada Cüniçi imzalayıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib