Hökumət Evi kimi tanınan inzibati binada 2022-ci ilin iyul ayından fəaliyyətə başlayan Vətəndaşların Qəbulu Mərkəzi bu sahədə işlərin operativ və əlaqələndirilmiş şəkildə həyata keçirilməsində önəmli rol oynayır.
Ötən ilin iyul-dekabr ayları ərzində Mərkəzdə, ümumilikdə 3593 vətəndaşa xidmət göstərilib.
İqtisadiyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə 600-ə yaxın vətəndaş qəbul edilib. Müraciətlər əsasən dövlət satınalmaları, istehlakçı hüquqları, əmlak və digər məsələləri əhatə edib.
Qeyd edək ki, Vətəndaşların Qəbulu Mərkəzi Hökumət Evində yerləşən dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır. Mərkəzin fəaliyyəti İqtisadiyyat Nazirliyi, o cümlədən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kənd Təsərrüfatı, Mədəniyyət, Energetika nazirlikləri, İnsan Hüquqları üzrə Müvəkkilin (Omdudsman) Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC kimi qurumları əhatə edir. Mərkəzdə qeyd edilən qurumların mütəxəssisləri ilə yanaşı, könüllülər də qəbula gələn vətəndaşlara köməklik edirlər.
Vətəndaşların Qəbulu Mərkəzində müasir avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı” və psixoloq fəaliyyət göstərir.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib