İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piketto Fratin ilə görüşüb.
İqtisadiyyat naziri ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafını, dövlət başçılarının səfərlərinin, aparılan danışıqların tərəfdaşlığın gücləndirilməsində mühüm rolunu vurğulayıb. Qeyd edilib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iqtisadi-ticarət əməkdaşlığımiz genişlənir. Bildirilib ki, qarşılıqlı investisiya fəaliyyətinin gücləndirilməsi ikitərəfli münasibətlərin əsas hədəflərindəndir.
Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, İtaliya şirkətləri fəal əməkdaşlığa dəvət olunub.
Tərəflər iqtisadi əlaqələrin inkişaf perspektivləri, energetika sahəsində əməkdaşlıq, qarşılıqlı investisiyaların təşviqi, işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib