İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış sahibkarlıq subyektlərinin sayı 86-ya çatıb.
“Startap” şəhadətnamələri "Allrent" MMC-nin evlərin icarəsi və "İncode" MMC-nin şənliklərin və toyların idarə edilməsi üçün onlayn platformaları, "AKİAB” MMC-nin biznes üçün onlayn xidmətlər və kommunikasiya platforması, “Legalaid” MMC-nin hüquq məsləhət xidmətləri üçün mobil tətbiq, "AvtomatikaAz" MMC-nin ağır tonnajlı tərəzilər üçün proqram təminatı layihələri üçün təqdim edilib.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli məhsul və ya xidmət istehsalı üçün təqdim edilir. Bu sənəd KOB subyektini şəhadətnaməni aldığı tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya yazılı və ya elektron qaydada müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:
https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib