İqtisadiyyat naziri Mikayıl Cabbarov Polşa Respublikasının iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviakla görüşüb.
İqtisadiyyat naziri Azərbaycan-Polşa əlaqələrinin genişləndiyini, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin tərəfdaşlığın inkişafında rolunu vurğulayıb. Qeyd edib ki, ölkələrimiz iqtisadiyyatın bir sıra istiqamətləri üzrə, o cümlədən ticarət sahəsində səmərəli əməkdaşlıq edir. Varşavada Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycanın Ticarət nümayəndəliyi, habelə Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanlar böyükdür və Azərbaycan bu potensialın reallaşdırılması üçün müvafiq tədbirlər görür.
Polşa Respublikasının iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviak ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını qeyd edib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparıblar.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib