Azərbaycanda rəqəmsal iqtisadiyyata baxış, müvafiq sahənin inkişaf etdirilməsi üçün əsas komponentlər, bu istiqamətdə bir sıra ölkələrin uğurlu təcrübəsi və rəqəmsal iqtisadiyyatın müqayisəli analizinə dair təqdimatlar keçirilib.
Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi qrupunun 2-ci iclası keçirilib.
Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilən iclasda Strategiyanın hazırlanması istiqamətində görülən işlər barədə müzakirələr aparılıb, İşçi qrupunun Katiblik funksiyasını həyata keçirən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Strategiyanın hazırlanması prosesinə cəlb edilmiş beynəlxalq məsləhətçi şirkət tərəfindən təqdimatlar keçirilib. Təqdimatlarda rəqəmsal iqtisadiyyatın mahiyyəti və məqsədləri, Azərbaycanda rəqəmsal iqtisadiyyata baxış, müvafiq sahənin inkişaf etdirilməsi üçün əsas komponentlər, bu istiqamətdə bir sıra ölkələrin uğurlu təcrübəsi və rəqəmsal iqtisadiyyatın müqayisəli analizi əks etdirilib.
İşçi qrupu üzvlərinin rəy və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması, bu sahə üzrə inkişafın təmin edilməsi üçün görüləcək işlərin effektiv koordinasiyasının təmin olunması məqsədilə yaradılan İşçi qrupunda İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumlar da daxil olmaqla 17 qurum təmsil olunur.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib