Serbiyanın Novi Pazar şəhəri ilə iqtisadi-ticarət əlaqələri, işğaldan azad olunmuş ərazilərimizdə reinteqrasiya işlərində serb şirkətlərinin iştirak imkanları barədə müzakirə aparılıb.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçla görüşüb. Görüşdə Azərbaycanda əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, sənaye, turizm, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak, humanitar və s. sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırılıb.
Nihad Bişevaç Novi Pazar şəhərinin iqtisadi potensialı barədə danışıb, serb şirkətlərinin Azərbaycanla tərəfdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Tərəflər iqtisadi-ticarət əlaqələri, həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə reinteqrasiya işlərində Novi Pazar şəhərindən olan şirkətlərin iştirakı imkanları barədə müzakirə aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib