Ticarət Pakistanla tərəfdaşlığın əsas istiqamətlərindəndir və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində işlər davam etdirilir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşüb.
Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin inkişaf etdiyi vurğulanıb, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli iri neft-qaz layihələrinin önəmi qeyd edilib. Diqqətə çatdırılıb ki, ticarət Pakistanla tərəfdaşlığın əsas istiqamətlərindəndir və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində işlər davam etdirilir.
Görüşdə Azərbaycanın uzunmüddətli strateji təşəbbüslərindən bəhs edilib, regional və qlobal enerji layihələri, habelə reallaşdırılan investisiya layihələri barədə məlumat verilib. Bu xüsusda, Pakistan şirkətləri ilə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər enerji, tranzit-logistika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Pakistan şirkətlərinin iştirakı məsələlərini müzakirə ediblər.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib