Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi, işgüzar əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşüb.
Görüşdə Özbəkistanla qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində hər iki ölkənin rəhbərlərinin siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin önəmli rolu vurğulanıb. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında əməkdaşlığın güclənməsi fonunda iqtisadi-ticarət əlaqələri də genişlənir. Azərbaycanın biznes və investisiya mühiti, sənaye zonalarında tətbiq olunan güzəştlər sərmayədarlar, o cümlədən Özbəkistan sahibkarları üçün əlverişli imkanlar təqdim edir.
Tərəflər birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiya qoyuluşlarının təşviqi, nəqliyyat-logistika, rəqəmsallaşma, sənaye, o cümlədən, neft-kimya və neft emalı, sənaye zonaları və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib