“Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşdə energetika sektorunda tərəfdaşlığın genişləndirilməsi, həmçinin bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüblər.
Görüşdə ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli iri neft-qaz layihələrinin önəmi qeyd edilib, SOCAR-la “Total Energies” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı beynəlxalq tərəfdaşlarla regional və qlobal miqyasda mühüm layihələri reallaşdırmağa imkan verir.
Qeyd olunub ki, “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi ölkəmizin istehsal imkanlarını artırmaqla yanaşı, dünya miqyasında enerji ekosistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirəcək.
Tərəflər arasında neft-qaz sektorunda tərəfdaşlığın genişləndirilməsi, perspektiv layihələr, həmçinin bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq barədə də müzakirələr aparılıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib