Azərbaycan-AYİB əlaqələrinin inkişaf istiqamətləri, iqtisadiyyatın şaxələndirilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqi və Bankın dəstəyi ilə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone ilə görüşüb.
Görüşdə Azərbaycanın AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri vurğulanıb, ölkəmizin sosial-iqtisadi prioritetləri barədə məlumat verilib. Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları genişdir. Bu kontekstdə Bankla “yaşıl” iqtisadiyyat, enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib.
Matteo Patrone Bankın ölkəmizlə səmərəli əməkdaşlığını qeyd edib, Azərbaycanın iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığını və qurumun Azərbaycan iqtisadiyyatının inkişafını dəstəkləməyə davam etmək niyyətini ifadə edib.
Tərəflər Azərbaycan-AYİB əlaqələrinin inkişaf istiqamətləri, iqtisadiyyatın şaxələndirilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqi və Bankın dəstəyi ilə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib