İqtisadiyyat Nazirliyində Dünya Bankının rəsmiləri ilə keçirilən görüşdə infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormiyer, eləcə də Bərabər İnkişaf, Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Ələmlə görüşüb.
İqtisadiyyat naziri Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verildiyini, əlaqələrin çoxşaxəliliyini qeyd edib, Bank ilə investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, özəl sektorun diaqnostikası, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi və digər sahələr üzrə uğurlu əməkdaşlığı vurğulayıb.
Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormiyer Bankın strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib, Bank tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan layihələr barədə fikirlərini bölüşüb.
Görüşdə Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib