“SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forum çərçivəsində səmərəli nəqliyyat əlaqələrinə həsr olunmuş sessiya keçirilib.
“SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forum çərçivəsində “Daha səmərəli Avrasiya nəqliyyat əlaqələri üçün nəqliyyat bağlantısı” mövzusunda sessiya keçirilib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın moderatorluğu ilə keçirilən tədbirdə Qazaxıstanın Sənaye və İnfrastruktur Nazirliyinin nümayəndəsi Sapar Bektaşov əsas məruzəçi qismində çıxış edərək ölkəsinin nəqliyyat-logistika əlaqələrinə böyük əhəmiyyət verdiyini, Orta Dəhliz üzrə yüklərin nəqlinin artırılmasının önəmini vurğulayıb. Sessiyada Avrasiya nəqliyyat dəhlizlərinə daha çox yük cəlbi, milli iqtisadiyyatları genişləndirmək məqsədilə beynəlxalq tranzit imkanlarının artırılması, nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması məsələləri nəzərdən keçirilib. Həmçinin, tranzit-logistika əməliyyatlarının rəqabət qabiliyyətinin artırılması üçün mövcud maneələrin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Forum noyabrın 22-də növbəti sessiyalarla işini davam etdirəcək.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib