Latviya ilə ölkəmizdə istehsal edilən qeyri-neft məhsullarının ixracı, alternativ enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi və s. istiqamətlərdə əməkdaşlığa dair müzakirələr aparılıb
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müavini Normunds Şmits ilə görüşüb.
Görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin rolu qeyd edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar, əlverişli investisiya mühiti və tətbiq edilən güzəştlər barədə məlumat verilib. Bildirilib ki, Latviya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə, həmçinin digər iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.
Görüşdə tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri, o cümlədən ölkəmizdə istehsal edilən qeyri-neft-qaz məhsullarının ixracı, birgə layihələrdə iştirak, kənd təsərrüfatı, alternativ enerji, qida təhlükəsizliyi və s. istiqamətlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib