23 fevral tarixində Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyi qeyd edilib. Bununla əlaqədar Xidmətin kollektivi Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Sonra Şəhidlər Xiyabanında ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanlarımızın məzarları ziyarət olunub.
Maliyyə Monitorinqi Xidmətinin 15 illik yubileyinə həsr edilmiş tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Xidmətin heyətini xüsusi gün münasibətilə təbrik edib, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin Azərbaycanda ədalətli bazar və sağlam iqtisadi maliyyə münasibətlərinin davamlı inkişafına, iqtisadi təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyi vurğulanıb. Avropa Şurasının 5-ci raund MONEYVAL qiymətləndirmə prosesinin ölkəmiz üçün uğurlu nəticəsində Maliyyə Monitorinqi Xidmətin xüsusi rolu olduğu qeyd olunub.
Qurumun İdarə Heyətinin sədri Zaur Fətizadə Maliyyə Monitorinqi Xidmətinin əldə etdiyi uğurlara, cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sisteminin beynəlxalq standartlara uyğun formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində atılmış addımlara dair təqdimatla çıxış edib.
Sonda Xidmət əməkdaşları təltif edilib.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib