İqtisadiyyat Nazirliyində “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri ilə görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması və digər layihələrdə potensial əməkdaşlıq müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyanla görüşüb.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyatın bütün sahələrində, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndiyi vurğulanıb. “Yaşıl” enerjiyə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin əhəmiyyətli rolu olduğu qeyd edilib. “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirilən layihə əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirilib.
Tərəflər bərpa olunan enerji sahəsində birgə təşəbbüslər, Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması və digər layihələrdə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib