İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosla görüşüblər.
İqtisadiyyat naziri bp şirkəti ilə uzunmüddətli və səmərəli əməkdaşlığın qarşılıqlı inam və etimada əsaslandığını vurğulayıb. bp-nin Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata keçirilməsində xüsusi rolu qeyd edilib. Görüşdə tərəfdaşlığın inkişaf etdirilməsi imkanları, ölkəmizdə “yaşıl” enerji növlərinə keçidlə bağlı reallaşdırılan layihələr barədə məlumat verilib, işğaldan azad olunmuş Cəbrayıl rayonunda bu il bp tərəfindən inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Mürrey Aukinklos bp-nin Azərbaycanda enerji sahəsində həyata keçirilən layihələrdə, o cümlədən bərpaolunan enerji layihələrində iştirakda maraqlı olduğunu qeyd edib. bp şirkətinin ölkəmizlə davamlı tərəfdaşlığın genişləndirilməsinə sadiq qaldığı vurğulanıb, SOCAR-la uzunmüddətli işbirliyinin daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib. Bildirilib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin “yaşıl” iqtisadiyyatın inkişafına verdiyi önəmin göstəricisidir.
Görüşdə ikitərəfli əməkdaşlığın nəticələri, eləcə də birgə fəaliyyətin “yaşıl” enerjiyə keçid, karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib