İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Slovakiya Respublikası iqtisadiyyat nazirinin müavini, Nazirliyin 1-ci dövlət katibi Kamil Şaşko ilə görüşüb.
Görüşdə Azərbaycan-Slovakiya əlaqələrinin uğurla inkişaf etdiyi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Bildirilib ki, Slovakiya şirkətləri ölkəmizdə sənaye, tikinti, ticarət və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Ölkələrimiz arasında enerji, humanitar, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi, infrastruktur sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi üçün potensial mövcuddur.
Tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in 3-cü maddəsinə əsasən ikitərəfli iqtisadi əməkdaşlığı əlaqələndirmək və təşviq etmək məqsədilə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupunun növbəti iclasına hazırlıq, həmçinin Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyətinə dair müzakirələr aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib