“2021-2025-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” üzrə strateji istiqamətlər müəyyən edilib.
“2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət - BMT Birgə İstiqamətləndirici Komitənin iclası keçirilib. Tədbirdə Çərçivə Sənədinin 2024-cü il üzrə icrası üçün Birgə İş Planları müzakirə edilərək təsdiq edilib və maliyyə ili üçün büdcə prosesi və strateji istiqamətlər müəyyən olunub.
İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini və sayca 5-ci olan Çərçivə Sənədinin icrası nəticəsində BMT - Azərbaycan əlaqələrinin tərəfdaşlıq mərhələsinə yüksəldiyini vurğulayıb. Bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda təşkili ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir və BMT ilə münasibətlərimizin genişləndirilməsi üçün əlavə stimul yaradır.
BMT-nin Ölkə üzrə Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə hökumət və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığın gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə, inklüziv inkişafın, gender bərabərliyinin təşviqi və dəstəklənməsi istiqamətində önəmli işlər görüldüyünü bildirib. Qeyd edilib ki, COP29 tədbirinin keçirilməsi üçün hökumət və digər tərəfdaşlarla sıx əməkdaşlıq edilir.
Tədbir çərçivəsində Çərçivə Sənədinin icrası üzrə 5 istiqamətdə Nəticə Qruplarının həmsədrləri tərəfindən 2023-cü ilin yekunları və 2024-cü ilin prioritet istiqamətləri üzrə təqdimatlar edilib.
Qeyd: Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Çərçivə Sənədi 2021-2025-ci illər üçün Azərbaycan Hökuməti və BMT-nin Ölkə üzrə İdarə Heyəti arasında əməkdaşlığa dair strateji istiqamətləri müəyyən edir. Çərçivə Sənədinin icrası üzrə Hökumət və BMT-nin ixtisaslaşmış qurumlarının ölkəmizdə fəaliyyət göstərən nümayəndələrindən ibarət Hökumət - BMT Birgə İstiqamətləndirici Komitə və Sənədin prioritet sahələri üzrə 5 istiqamətdə Nəticə Qrupları formalaşdırılıb.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib