İqtisadiyyat Nazirliyində “China Energy International Group Co., Ltd. ”şirkətinin sədri ilə keçirilən görüşdə enerji sahəsində potensial layihələr, Azərbaycanda yaşıl hidrogen və yaşıl ammonyak istehsalı imkanları müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “China Energy International Group Co., Ltd.” şirkətinin sədri Lü Dzesianqla görüşüb.
Görüşdə Azərbaycan və Çin Xalq Respublikası arasında ticarət və investisiya əlaqələrinin uğurla inkişaf etdiyi və ölkəmizin qarşılıqlı əlaqələrə böyük önəm verdiyi vurğulanıb. Ölkəmizin Çində sayca 6-cı ticarət evinin fəaliyyətə başladığı qeyd olunub. Eyni zamanda, Çin sərmayəli şirkətlərin ölkəmizdə fəaliyyət göstərdiyi, uğurlu investisiya əməkdaşlığı həyata keçirildiyi bildirilib.
Azərbaycanın əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən güzəşt və stimullar barədə məlumat verilib. Ölkəmizin zəngin bərpaolunan enerji potensialı, “yaşıl” enerji keçidinin sürətləndirilməsi, bərpa olunan enerji texnologiyalarının tətbiqi ilə bağlı görülən işlər nəzərə çatdırılıb. “Yaşıl” enerji sahəsində qabaqcıl təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlıq imkanları vurğulanıb, bu sahədə potensial layihələr müzakirə edilib.
Tərəflər həmçinin Azərbaycanda yaşıl hidrogen və yaşıl ammonyak istehsalı imkanları barədə fikir mübadiləsi aparıblar. İşğaldan azad edilmiş ərazilərimizdə günəş enerjisinin istifadəsi üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Gələcək əməkdaşlığın hər iki tərəf üçün qarşılıqlı faydalar gətirəcəyinə əminlik ifadə olunub.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib