ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşdə enerji sektorunda tərəfdaşlıq imkanları müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşüb.
Görüşdə Azərbaycanın ABŞ ilə ikitərəfli münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, iqtisadi məsələlərə həsr edilmiş görüşlər və işgüzar tədbirlər iqtisadi-ticarət əməkdaşlığını stimullaşdırır. Azərbaycanda reallaşdırılan iqtisadi tədbirlər, yaradılmış əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizin iqtisadi imkanları, eləcə də COP29 çərçivəsində görülən işlər barədə məlumat verilib.
Tərəflər Azərbaycanın energetika, o cümlədən, “yaşıl enerji” sektorunun inkişafı, bu sahədə ABŞ şirkətləri ilə tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib