Beynəlxalq Maliyyə Korporasiyasının Avropa üzrə regional direktoru ilə görüşdə dövlət-özəl sektor tərəfdaşlığı və potensial layihələr müzakirə edilib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru İnes Roşa ilə görüşüb.
Görüşdə bildirilib ki, ölkəmizdə aparılan iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən dəstəklənir. Azərbaycanın IFC ilə əməkdaşlığının genişlənməsi, bu kontekstdə ölkəmizdə mütərəqqi təcrübə və yeniliklərin təşviqi önəm daşıyır. Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, ölkəmizin iştirakçısı olduğu nəhəng layihələr regionda dayanıqlı inkişafa nail olunmasında önəmli faktora çevrilib. Diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət-özəl sektor tərəfdaşlığı üzrə layihələrin reallaşdırılması üçün böyük imkanlar var.
Tərəflər COP29, dövlət-özəl sektor tərəfdaşlığı, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihəsi üzrə əməkdaşlıq və IFC-nin cəlb oluna biləcəyi potensial layihələr barədə müzakirə aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib