Sumqayıt Kimya Sənaye Parkında yeni rezident

Sumqayıt Kimya Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 10,2 milyon manat investisiya yatırılacaq.

Azərbaycan və Türkiyə birgə kapitallı “Elba Chem” QSC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 41-ə çatıb. Şirkət tərəfindən Sənaye Parkının ərazisində istehsal gücü ildə 10 min ton olan kalium sulfat (gübrə) istehsalı zavodunun inşası nəzərdə tutulur.

İnvestisiya dəyəri 10,2 milyon manat olan layihə çərçivəsində 50-dən çox iş yerinin yaradılması planlaşdırılır.

Müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.