İqtisadiyyat Nazirliyində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə keçirilən görüşdə əməkdaşlığın inkişafı müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dövlət mülkiyyəti və özəlləşdirmə üzrə İşçi Qrupunun sədri, Birləşmiş Krallığın dövlət investisiyaları üzrə qurumunun baş icraçı direktoru Çarlz Donaldın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə İƏİT-lə uğurlu tərəfdaşlıq qeyd olunub, müxtəlif sahələrdə birgə səylərin əhəmiyyəti vurğulanıb. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, dövlətə məxsus müəssisələrdə dövlətin iştirakının azaldılması, iqtisadi effektivliyin yüksəldilməsi, maliyyə dayanıqlılığının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəzərə çatdırılıb.
İƏİT nümayəndələri Azərbaycanla birgə layihələrin icrasından məmnunluqlarını ifadə edib və təşkilata üzv ölkələrin dövlət müəssisələrində idarəetmə prinsipləri barədə təcrübələrini bölüşüblər.
Azərbaycan və İƏİT arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı, həmçinin Azərbaycan İnvestisiya Holdinqi və onun portfel şirkətlərinin dayanıqlı fəaliyyəti, korporativ idarəetmə prinsiplərinə uyğun idarə olunması istiqamətində prioritet məsələlər müzakirə edilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib