“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya arasında görüş keçirilib.
Tərəflər ikitərəfli iqtisadi əlaqələrin inkişafının önəmini vurğulayaraq, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənəd Azərbaycan və Latviya vergi orqanları arasında məlumat mübadiləsinin daha səmərəli və effektiv təşkili, vergi sahəsində təcrübə mübadiləsi kimi məsələləri nəzərdə tutur.
Memoranduma əsasən tərəflər vergi borclarının ödənilməsi, vergidən yayınma halları ilə mübarizədə qarşılıqlı əməkdaşlıq edəcək.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib