Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüşdə gündəlikdə olan əməkdaşlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Beynəlxalq təşkilatın nümayəndə heyətinə ölkəmizdə iqtisadi artım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorunda çağırışlar haqqında məlumat verilib.
Görüş zamanı BVF-nin Azərbaycan üzrə missiyasının fəaliyyəti üzrə nəticələrin təqdimatı olub. Tərəflər iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılması və dayanıqlı maliyyə imkanlarının təmin edilməsi, vergi islahatları, dövlət-özəl tərəfdaşlığının, şəffaflığın və iqlim fəaliyyətinin gücləndirilməsi, həmçinin dövlətə məxsus müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib