İsrailin Maliyyə Nazirliyində nazir Zeyev Elkinlə görüşdə iqtisadi münasibətlərin perspektivləri, Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan-İsrail Birgə Hökumətlərarası Komissiyasının həmsədri Zeyev Elkin ilə görüşüb.
Videokonfrans formatında keçirilən görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. İsraillə həyata keçirilən investisiya layihələrinin hazırkı vəziyyəti, eləcə də müzakirə mərhələsində olan layihələr barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ticarət, investisiya, innovasiyalar, rəqəmsal inkişaf, ətraf mühit və digər sahələr üzrə tərəfdaşlığın genişləndiilməsi, birgə layihələrin həyata keçirilməsi üçün münbit zəmin var.
Tərəflər qarşılıqlı iqtisadi münasibətlərin perspektivləri, həmçinin Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi haqqında müzakirələr aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib