İqtisadiyyat nazirinin birinci müavini Gəncədə vətəndaşları qəbul edəcək

14 mart 2025-ci il tarixdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Gəncə şəhəri, Samux və Göygöl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən Gəncə şəhəri, Atatürk pr. 434 ünvanında, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.