İqtisadiyyat Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysla görüşüb.
Görüşdə əməkdaşlıqdan məmnunluq ifadə olunub, Dünya Bankı Qrupu ilə işbirliyi çərçivəsində infrastruktur, məşğulluq və digər sahələrdə həyata keçirilən layihələrin ölkəmizdə iqtisadi inkişafı dəstəklədiyi vurğulanıb. Qurumun Azərbaycanın inkişaf səylərinə sadiq olduğu diqqətə çatdırılıb. 2025-2029-cu illər üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyi, Azərbaycanın daha yaşıl və inklüziv iqtisadiyyata keçidini dəstəkləyəcəyi qeyd olunub.
Tərəflər "Yaşıl və dayanıqlı şəhərlər" layihəsi çərçivəsində birgə fəaliyyət, infrastruktur və bərpaolunan enerji sahələrində təşəbbüslər və digər potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib