“Konstitusiya və Suverenlik İli” çərçivəsində İqtisadiyyat Nazirliyində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın övladları ilə görüş keçirilib. İqtisadiyyat Nazirliyinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkil etdiyi tədbirdə ali təhsil müəssisələrində təhsil alan şəhid övladları Nazirliyin iş prosesi ilə tanış olublar.
Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı parlaq Zəfərin 5 illiyi ölkəmizdə böyük qürurla qeyd edilir. Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarından keçmiş şəhidlərimizin, döyüşlərdə iştirak etmiş əsgər və zabitlərimizin fədakarlığı əsl vətənpərvərlik nümunəsidir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ölkəmizin qlobal nüfuzunun artması və iqtisadi suverenliyinin daha da gücləndirilməsi üçün möhkəm bünövrə formalaşdırıb.
Tədbirdə ölkəmizdə insan kapitalının inkişafı istiqamətində görülən işlər barədə müzakirə aparılıb. Şəhid övladlarının maraq göstərdikləri istiqamətlər, inkişaf məqsədləri barədə fikirləri dinlənilib, tövsiyələr verilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib