“China Datang Corporation Ltd.” şirkəti ilə enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “China Datang Corporation Ltd.” şirkətinin sədri Lü Cün ilə görüşüb.
Görüşdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, qeyri-neft sektorunun şaxələndirilməsi və yaşıl enerji konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar diqqətə çatdırılıb. Qeyd edilib ki, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və texnoloji innovasiyaların tətbiqi ölkə iqtisadiyyatının əsas prioritet istiqamətlərindəndir.
Tərəflər birgə fəaliyyətin perspektivləri kimi enerji keçidi, “Birgə Yaşıl Enerji Sənaye Parkı” layihəsinin həyata keçirilməsi, energetika sektoruna kapital qoyuluşu, lokallaşdırma və texnologiya transferi məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Çinin ən iri dövlət energetika şirkətlərindən olan “China Datang Corporation Ltd.” 2002-ci ildə yaradılıb. Şirkət enerji istehsalı, bərpa olunan enerji texnologiyalarının tətbiqi, enerji səmərəliliyi, avadanlıq istehsalı və innovativ enerji həlləri sahəsində geniş təcrübəyə malikdir.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib