İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə insan resurslarının inkişafı üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniyanın BiWE təşkilatının (Baden-Württemberg International Education) İdarə Heyətinin sədri və “Südwestmetall” Sənaye İşəgötürənləri Təşkilatının siyasət, təhsil və əmək bazarı üzrə icraçı direktoru Stefan Küpper ilə görüşüb.
Görüşdə Almaniya ilə iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyi, bu istiqamətdə Alman-Azərbaycan Xarici Ticarət Palatası və Almaniyanın Şərq Biznes Assosiasiyası ilə imzalanmış Yol Xəritəsinin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı ölkəmizin iqtisadi prioritetləri, insan resurslarının inkişafı istiqamətində həyata keçirilən layihə və proqramlar barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində Peşə Təhsili Mərkəzinin fəaliyyəti barədə məlumat verilib və sənaye sahəsində ixtisaslı kadr hazırlığı üzrə birgə fəaliyyət imkanları qeyd olunub.
Tərəflər Azərbaycanda insan kapitalı, müxtəlif iqtisadi sahələr üzrə kadr potensialına olan tələbatın qarşılanması üçün peşə təhsilinin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib