İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Kazanda keçirilən “Tatarıstan Neft, Qaz və Kimya Forumu – 2026” çərçivəsində Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb, Ximqrad Texnopolisi ilə tanış olub.
Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən “Tatarıstan Neft, Qaz və Kimya Forumu – 2026” çərçivəsində Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Bəhreyn Krallığının neft və ətraf mühit naziri Məhəmməd bin Mübarək bin Daina ilə görüşüb. Görüşdə Azərbaycan ilə Bəhreyn arasında iqtisadi əlaqələrin inkişafı, tərəfdaşlığın genişləndirilməsi, o cümlədən enerji və ətraf mühit sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Tatarıstanın Ximqrad Texnopolisinin fəaliyyəti ilə tanışlıq olub, buradakı müəssisələrin fəaliyyəti, istehsal imkanları, tətbiq olunan texnologiyalar və həyata keçirilən layihələr barədə məlumat verilib.
Qeyd edək ki, “Tatarıstan Neft, Qaz və Kimya Forumu – 2026” tədbiri regional və beynəlxalq səviyyədə işgüzar əməkdaşlığın genişləndirilməsi, müasir texnologiya və avadanlıqların təşviqi, biznes dairələri arasında görüşlərin təşkili baxımından əhəmiyyət kəsb edir.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib