Dəstək alan layihələr rəqəmsal platformalar, süni intellekt əsaslı texnologiyalar və müxtəlif sahələr üzrə innovativ biznes həllərini əhatə edir.
“Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclaslarında təqdim olunan layihələrə baxılıb. Nəticədə daha bir qrup KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib.
“Startap” şəhadətnamələri fiziki və hüquqi şəxslərin informasiya texnologiyaları və süni intellekt, elektron ticarət və maliyyə texnologiyaları, təhsil, səhiyyə, kənd təsərrüfatı, logistika və nəqliyyat, turizm, reklam və marketinq, hüquq və biznes xidmətləri, tədbirlərin təşkili və digər xidmət sahələrində rəqəmsal platforma və innovativ həllərin hazırlanması üzrə layihələrinə təqdim edilib. Layihələrlə ətraflı https://6m1dfy.short.gy/D2pkHS linkinə daxil olmaqla tanış olmaq olar.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 345-ə çatıb.
“Startap” şəhadətnaməsi almış KOB subyektləri sənədi aldıqları tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad olunurlar.
Noyabr 12, 2026 10:57
“Gulf Oil International” və “Ashok Leyland” şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
Noyabr 07, 2026 14:01
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib