İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

Bu gün Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü-Zəfər Günü qeyd olunur. Bu münasibətlə İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib.

8 Noyabr-Zəfər Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış şanlı Qələbənin rəmzidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi, strateji rəhbərliyi və sarsılmaz əzmi ilə qüdrətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin edib.

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Günü münasibətilə Zəfər Tağı abidəsini ziyarət edərək, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edib. Abidənin önünə əklil və gül dəstələri qoyulub.

Qeyd edək ki, Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla təsis edilib.

Zəfər Bayramımız mübarək!